
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariçlə görüşüb.
APA xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat yayılıb.
Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.
Nazir Ceyhun Bayramov, azərbaycanlı itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.