Azərbaycan və Estoniya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub

Baş səhifə

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.

Görüşdə Azərbaycan-Estoniya dialoqunun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə gücləndirilməsinin, eləcə də ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın regional sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və Vaşinqton Sammitinin nəticələri barədə məlumat verib.

Tərəflər ikitərəfli və çoxtərəfli çərçivələrdə, o cümlədən BMT və digər beynəlxalq platformalarda əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir