Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci
sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən
əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması
üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and
Reduce Suffering for Children with Cancer and Other Catastrophic
Diseases) adlı xüsusi sessiya təşkil olunub.

Trend xəbər verir
ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak
ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının
birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə
Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus xüsusi
sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı
aktuallığından danışdılar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da
mövzu ilə bağlı fikirlərini bölüşdülər.

Qeyd edildi ki, sessiyanın təşkilindən əsas məqsəd dünya
ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə
dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı
ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200
min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını
dəyişir.

Tədbir panel iclaslarla davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir