Azərbaycan ilə Dominikan arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan
Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb.

Trend-in
məlumatına görə, bu barədə Nazirlik “X” sosial şəbəkəsində
yazıb.

Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm
axınlarının artırılması, həmçinin əməkdaşlığın yeni
istiqamətlərinin araşdırılması məsələləri müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Dominikan
Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport
sahibləri üçün viza tələbinin ləğv olunmasına dair Sazişi
imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir