Danimarkada Aalborq hava limanı pilotsuz uçuş aparatlarına görə bağlanıb

Baş səhifə

Danimarkanın Aalborq şəhərindəki hava limanı naməlum pilotsuz uçuş aparatlarının (PUA) aşkar olunması səbəbindən müvəqqəti fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkə polisinin məlumatına istinadən məlumat yayıb.

Məlumata görə, polis Aalborq hava limanı yaxınlığında dronların müşahidə olunduğunu təsdiqləyib.

Nəticədə üç reys digər hava limanlarına yönləndirilib. Hazırda hava məkanı bağlanıb, ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Hüquq-mühafizə qurumları naməlum obyektlərin Danimarkanın digər bölgələrində də qeydə alındığını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir