III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin ölkəmizə gəlişi davam edir – YENİLƏNİB

Baş səhifə

Tacikistanın 60 nəfərlik nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

APA xəbər verir ki, eyni zamanda, 15 nəfərdən ibarət Özbəkistan nümayəndə heyəti də Bakıya gəlib.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

***
04:42

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin ölkəmizə gəlişi davam edir.

APA xəbər verir ki, oyunlarda iştirak edəcək ilk komandalardan biri – Belarusun 30 nəfərlik nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bundan əlavə, gün ərzində Tacikistanın 60 nəfərlik nümayəndə heyətinin də Bakıya gələcəyi gözlənilir.

Onlar stolüstü tennis üzrə mübarizədə iştirak edəcəklər.

Fərid Yusifov

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir