
Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi
Marko Rubionun təşkil etdiyi Transatlantik şam yeməyində iştirak
edib.
Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində yazıb.
Bildirilib ki, Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun
əməkdaşlığın təşviqində, regional sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi öhdəliyini və
tanınmasını əks etdirir.