
Bakı. Trend:
Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji
Həftəsi(Azerbaijan & Central Asia Green Energy Week 2025)
keçirilir.
Trend xəbər verir
ki, tədbirdə Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi
Florian Kitt, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyinin Enerji Səmərəliliyi və Bərpa Olunan Enerji Mənbələri
Departamentinin rəhbərinin müavini Omar Tsereteli, Azərbaycan Bərpa
Olunan Enerji Mənbələri Agentliyinin direktor müavini Rəna
Hümbətova, “SOCAR Green” şirkətinin günəş və külək energetikası
üzrə mütəxəssisi Elçin Tarquluyev, həmçinin enerji şirkətlərinin
digər nümayəndələri çıxış edəcəklər.
Tədbir çərçivəsində Azərbaycan və Mərkəzi Asiyada enerji
keçidinin sürətləndirilməsi, siyasə, investisiya və regional
əməkdaşlıq, Azərbaycanın 2050-ci ilə qədər olan milli enerji
strategiyası, eləcə də yaşıl enerjinin inkişafında “SOCAR Green”in
rolu kimi mövzular müzakirə olunacaq.
Xəbər yenilənəcək

