Cəlilabadda 3000 abonentin qazı kəsiləcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Cəlilabadın bəzi yerlərində qaz olmayacaq.

Trend xəbər
verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat
yayıb.




Bildirilib ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən
qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq,
Cəlilabad qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev
prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q.
İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş.
Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V.
Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə
edən ümumilikdə 3000 abonentin qaz təchizatı 26.09.2025-ci il
tarixində saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti olaraq
dayandırılacaq.

“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik”,- əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir