​“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat

Baş səhifə

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.