Azərbaycanın elektrik enerjisi üçün yeni istehlak mərkəzləri tapılmalıdır – Dünya Bankı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın elektrik enerjisi üçün yeni istehlak mərkəzləri
tapılmalıdır.

Trend xəbər verir
ki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian
Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl
Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025)
çıxışında deyib.

“Hazırda Azərbaycanın elektrik enerjisi bazarında təklif bolluğu
müşahidə olunur ki, bu da sahənin inkişafını ləngidir. Ölkədə artıq
kifayət qədər böyük həcmdə generasiya gücü mövcuddur. Buna görə də
yeni stansiyaların bərpaolunan enerji mənbələri hesabına inşa
edilməsi üçün yeni istehlak mərkəzləri tapmaq zəruridir. Yaxın
vaxtlarda Azərbaycan çox iri bir qaz elektrik stansiyasını işə
salıb. Odur ki, mənim fikrimcə, bu gün əsas məsələ elektrik
enerjisi ixracı üçün bazarların tapılmasıdır”, – deyə F.Kitt qeyd
edib.




O vurğulayıb ki, Avropa bazarlarına çıxış üçün enerji sektorunun
tənzimlənməsinin Aİ tələblərinə uyğunlaşdırılması vacibdir.

“Hökumət artıq bu istiqamətdə addımlar atır və optimal həll
yollarının tapılması üçün Beynəlxalq Enerji Agentliyi də daxil
olmaqla tərəfdaşlarla fəal məsləhətləşmələr aparır”, – deyə ekspert
əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir