
Bakı. Trend:
Ölkənin aparıcı internet provayderi “CityNet” yeni abunəçilər
üçün xüsusi endirim kampaniyasına start verir. Kampaniya
çərçivəsində www.citynet.az saytı üzərindən müraciət edən
istifadəçilər ilk üç ay ərzində 25% endirimdən yararlana
biləcəklər. Məsələn, “CityNet”in yeni abunəçiləri yüksəksürətli
“Fiber100” tarifinə aylıq 25 AZN əvəzinə, cəmi 18.75 AZN ödəməklə
qoşula bilərlər.
Qeyd edək ki, “CityNet” yüksəksürətli internetlə yanaşı,
eksklüziv TV xidmətləri də təqdim edir. “CityNet TV” vasitəsilə
istifadəçilər “Digiturk”, “BluTV”, “Setanta Sports”, “Dizi
Channel”, “FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin
“YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar
tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
Kampaniya çərçivəsində təklif olunan tariflərlə tanış olmaq və
qoşulmaq üçün www.citynet.az saytına daxil ola və ya ətraflı
məlumat üçün *1177 nömrəsi vasitəsilə “CityNet” müştəri xidmətləri
ilə əlaqə saxlaya bilərsiniz.
Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarət
nişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet,
telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı
şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət
şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı
www.citynet.az saytından əldə etmək olar. “Uninet” MMC müxtəlif
sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in
tərkibində olan “Azerconnect Group”a daxildir.