Bakıda “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət
və Logistika” mövzusunda konfrans keçirilir.

Trend xəbər verir
ki, tədbir “Confidence Information Services” tərəfindən təşkil
olunub.




Konfransda aşağıdakı mövzuların müzakirəsi planlaşdırılır:
“Xəzər regionu və Mərkəzi Asiyada enerji bazarını formalaşdıran
makroiqtisadi və geosiyasi amillər”, “Qlobal bunker bazarının
vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionu və Mərkəzi
Asiyada yanacaq bazarının indikatorları: istehsal, təchizat
istiqamətləri və regionda qiymətin təyin olunması”, “Azərbaycanın
neft və qazın Orta Dəhliz vasitəsilə nəqlində həlledici rolu”,
“Qazaxıstanda yanacaq bazarının liberallaşdırılması: Mərkəzi Asiya
üçün çağırışlar və perspektivlər” və digər mövzular.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir