
Bakı. Trend:
Gürcüstan bərpa olunan enerjinin payının artırılmasında
Azərbaycanın təcrübəsinə böyük dəyər verir.
Trend xəbər verir
ki, bunu Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin
enerji səmərəliliyii və bərpa olunan enerji mənbələri
departamentinin rəhbərinin müavini Omar Sereteli Bakıda keçirilən
Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji
Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025)
çıxışında deyib.
 
O, həmçinin qeyd edib ki, enerji və iqlim sahəsində planlar,
aşağıkarbonlu inkişaf strategiyaları və milli müəyyən olunmuş
öhdəliklər (NDC-lər) yalnız kağız üzərində qalan sənədlər
olmamalıdır:
“Biz onların praktiki icrasına birgə həyata keçməliyik. Bu isə
transsərhəd əməkdaşlığın dərinləşdirilməsi istiqamətində daha bir
mühüm addım olacaq”,-deyə Sereteli vurğulayıb.

