
Bakı. Trend:
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət
katibi Marko Rubio tərəfindən təşkil olunmuş Transatlantik şam
yeməyində iştirak ediblər.
Trend xəbər verir
ki, tədbirə eyni zamanda onların Avropa İttifaqı və NATO
ölkələrindən olan həmkarları, eləcə də İsveçrə və Ukraynanın xarici
işlər nazirliklərinin rəhbərləri qatılıblar.
Görüşdə NATO baş katibi Mark Rütte və Avropa İttifaqının xarici
siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, müzakirələr zamanı
transatlantik tərəfdaşlığın sülhün və rifahın möhkəmləndirilməsində
mühüm rol oynadığı vurğulanıb.
“Dövlət katibi Ermənistan və Azərbaycanın uzunmüddətli sülh
yolunda irəlilədilməsində prezidentin əldə etdiyi nailiyyətləri
qeyd edib”,-deyə baş mətbuat katibinin birinci müavini Tommi Piqott
bildirib.
Görüş iştirakçıları həmçinin Qərb Asiyada sabitliyin
möhkəmləndirilməsi və İrannın nüvə silahı hazırlaması və ya əldə
etməsinin qarşısının alınması da daxil olmaqla, qlobal
təhlükəsizlik məsələlərini müzakirə ediblər.

