
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata
keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə
ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən
yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli
miqdarda mallar aşkar edilib.
Bu barədə Trend-ə Dövlət
Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan
Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “apple” markalı qələm, 8
ədəd “apple” markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul
edərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
“Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən
vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən
götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi
məsuliyyət yarada bilər” – deyə məlumatda qeyd edilib.