
Bakı. Trend:
Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü
məsuliyyətə cəlb edilib.
Trend xəbər verir ki, Salyan
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi
nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi
təhlükə yaradan sürücünü saxlayıblar.
Belə ki, rayon sakini Ə.Hökümalıyev idarə etdiyi “VAZ” markalı
avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud
şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok”
sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq
baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə
Ə.Hökümalıyevin sürücülük hüququ 1 il müddətində
məhdudlaşdırılıb.

