
Bakı. Trend:
Artan sərnişin tələbatını qarşılamaq üçün 29 sentyabrdan
başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri
həyata keçiriləcək.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
“Qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.Bundan
əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər
edə bilərsiniz. Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının
kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile”
tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd edilib.

