Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları
oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat
dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.




Bildirilir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən
36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən
4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli
bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs
qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir