
Bakı. Trend:
Azərbaycanda bələdiyyələrdə gender komissiyaları yaradılıb.
Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlər üçün
təşkil edilmiş “Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik”
mövzusundakı təlimdə deyib.
O bildirib ki, bununla bağlı layihə komitənin təşəbbüsü ilə
reallaşıb.
“Bələdiyyələr bir kənddə və ya qəsəbədəki hadisəni daha tez
araşdırıb, təhlil edə bilər. Çünki onlar fəaliyyət göstərdikləri
yerlərdəki ailələrə, onların problemlərinə daha yaxşı bələddirlər.
Bu zaman məişət zorakılığı və erkən nikah kimi neqativ halların
qarşısı daha tez alına bilər”- deyə o əlavə edib.