Türkiyənin məşhur futbol hakimi işdən qovuldu

Baş səhifə

Türkiyə Futbol Federasiyası “Trabzonspor” – “Qaziantep FK” matçında verdiyi qərardan sonra hakim Arda Kardeşləri işindən uzaqlaşdırıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasına çağırılan Arda Kardeşlər MHK sədri Ferhat Gündoğdu ilə görüşüb. Türkiyə mediasının məlumatına görə, Arda Kardeşlər daha əvvəl fit çaldığı üçün oyunu dayandırdığını və səhvini etiraf edib. Görüşün ardından MHK sədri Ferhat Gündoğdu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu görüşüb. Görüşdə Ferhat Gündoğdu Arda Kardeşlərin açıqlamasını Hacıosmanoğluna çatdırıb. İbrahim Hacıosmanoğlu isə bu bəhanəni rədd edərək, “Bundan sonra Arda Kardeşlərlə işləyə bilmərik” – deyə bildirib.

Qeyd edək ki, qayda pozuntusundan sonra “Trabzonspor” oyuna intensiv başlayaraq, əlverişli epizod əldə etmişdi. Lakin hakim oyunu dayandırmışdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.