
Bakı. Trend:
Dünya Bankı Azərbaycanda elektrik enerjisinin paylama sisteminin
müasirləşdirilməsi üzrə layihələri nəzərdən keçirir.
Bunu Trend-ə Dünya
Bankının enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən
Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində
(Azerbaijan & Central Asia Green Energy Week 2025) çərçivəsində
verdiyi özəl müsahibədə deyib.
“Elektrik enerjisinin paylama sisteminin gücləndirilməsi üzrə
layihələr nəzərdən keçirilir. Sistemin əhəmiyyətli hissəsi hələ
Sovet dönəmində inşa olunub və irimiqyaslı investisiyalara ehtiyacı
var”,- deyə o bildirib
Ekspertin sözlərinə görə, artan sayda elektrik avtomobilləri və
kiçik paylanmış enerji mənbələri nəzərə alınsa, dəyişkən yükü
stabillə qəbul etmək və etibarlı elektrik təchizatını təmin etmək
üçün elektrik şəbəkəsinin modernləşdirilməsi zəruridir.
O əlavə edib ki, hazırda “Azərenerji” dövlət şirkəti ilə
birlikdə elektrik ötürücü şəbəkənin genişləndirilməsi üzərində iş
aparılır, xüsusilə Nəvai yarımstansiyası (500/330 kV) və ona bağlı
yüksək gərginlikli infrastruktur layihəsi üzərində. Bu layihə yaxın
illərdə prioritet istiqamətlərdən biri olaraq qalacaq.
“‘Azərenerji’ çox səriştəli şirkətdir və tikinti sahəsində əla
təcrübəyə malikdir. Biz bir-birimizdən çox şey öyrənirik”, – bankın
nümayəndəsi vurğulayıb.
“Bundan əlavə, Dünya Bankı Azərbaycanın hökuməti və bərpa olunan
enerji sahəsinin inkişafına cavabdeh agentliklərlə əməkdaşlığı
gücləndirməyi planlaşdırır. Perspektivli istiqamətlər sırasında
geotermal enerjinin inkişafı da var; bu sahədə əvvəllər birgə
tədqiqat işi təqdim olunub və mümkün pilot layihələr müzakirə
edilir”, – F. Kitt yekunlaşdırıb.

