
Bakı. Trend:
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bərpa olunan
enerji və su ehtiyatlarının idarə olunması istiqamətində layihələr
həyata keçirir.
Trend xəbər verir
ki, bunu universitetin rektoru Rüfət Əzizov Bakıda keçirilən
Avrasiya Universitetlərinin Sammitində deyib.
“Yaşıl enerji sahəsində artıq uğurlu layihələrimiz var, lakin
tələbələrin bu prosesə sistemli şəkildə cəlb olunması üçün daha çox
səylər göstərmək lazımdır. Xüsusilə iri bərpa olunan enerji
mənbələri və onların tətbiqi ilə bağlı layihələr üzərində
çalışırıq”,- deyə o qeyd edib.
Əzizov əlavə edib ki, universitet yaxınlarda Azərbaycanın Dövlət
Su Ehtiyatları Agentliyi ilə birlikdə yeni tədqiqat layihəsini də
işə salıb.
“Hazırda neft-qaz sektorunda emal və bütövlüyün idarə olunması
üzrə geniş tədqiqat layihəsi aparılır. Bunlar önəmli
təşəbbüslərdir, lakin akademik ictimaiyyət ilə universitet arasında
etimadın möhkəmləndirilməsinə ehtiyac var”,- rektor vurğulayıb.