
Bakı. Trend:
Dünyada elektrik stansiyaları, suyun duzdan təmizlənməsi
qurğuları və “yaşıl” hidrogen layihələrinin əsas tərtibatçılarından
və operatorlarından biri olaraq, “ACWA Power “ beynəlxalq şirkəti
Azərbaycandakı fəaliyyətini aktiv şəkildə genişləndirir.
Trend xəbər verir
ki, bunu ACWA Power-in biznesin inkişafı üzrə direktoru Polina
Lyubomirova Bakıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Yaşıl
Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week
2025) çıxışında deyib.
“Şirkət 2025-ci ilin dekabr ayında 240 meqavat gücündə
Xızı-Abşeron külək elektrik stansiyasını işə salmağa hazırlaşır –
bu, ölkənin bu tipli ən iri layihəsidir, üstəlik regionun ən mühüm
layihələrindəndir”,- deyə o bildirib.
Xəbər yenilənəcək

