
Novxanı qəsəbəsində 2000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib
Bildirilib ki, cari təmirlə əlaqədar sentyabrın 25-də saat 13:30-dan etibarən, Novxanı qəsəbəsi ərazisində, o cümlədən sənaye obyektləri daxil olmaqla, 2000 abonentin qaz təchizatı işlər tamamlanana qədər dayandırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

