
Bakı. Trend:
Minatəmizləmə üçün səfərbər edilən əməliyyat resurslarının sayı
açıqlanıb.
Trend-in
xəbərinə görə, bu barədə məlumat “Minalar Əleyhinə Azərbaycan
Kampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dair
hesabatında öz əksini tapıb.
Bildirilib ki, əməliyyat heyəti Minatəmizləmə Agentliyində 1
857, Müdafiə Nazirliyində 197, Fövqəladə Hallar Nazirliyində 48,
Dövlət Sərhəd Xidmətində 45, yerli kommersiya şirkətlərində 333,
Beynəlxalq Avrasiya Mətbuat Fondunda 118 nəfərdən ibarət olub.
Fəaliyyət zamanı ANAMA-nın 135, MN-in 9, FHN-in 6, yerli
kommersiya şirkətlərinin 46 minaxtaran iti işlərə cəlb edilib.
ANAMA-nın strukturunda olan 56, MN-də 19, FHN-də 4, yerli
kommersiya şirkətlərində 10 mexaniki maşından istifadə edilib.
Qeyd olunub ki, məlumatlar 2025-ci il iyulun 31-dək olan dövrü
əhatə edir.