
Bakı.Trend:
Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya
tikiləcək.
Trend xəbər
verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi
Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, yerüstü stansiya metronun “yaşıl xətt”inə aid
olacaq:
“Stansiya “xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər
istifadəyə veriləcək”.

