
Bakı. Trend:
Böyük Britaniya investisiyaların cəlb olunmasında, iqtisadi
artımın stimullaşdırılmasında və dayanıqlı inkişafın təmin
olunmasında Azərbaycanın ən yaxın tərəfdaşlarındandır.
Trend xəbər verir
ki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici
əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA
Universitetində keçirilən Birinci Azərbaycan Britaniya Siyasi
Dialoqu adlı tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycandakı 30 illik fəaliyyət tariximizlə fəxr edirik. Amma
gələcəyə – növbəti 30 ilə də nikbin baxırıq. Bizim diqqətimiz
yalnız mövcud neft-qaz layihələrinin uğurlu icrasına deyil, həm də
bərpa olunan enerji, “yaşıl” transformasiya və enerji keçidində
yeni imkanların yaradılmasına yönəlib,”- deyə o vurğulayıb.
Aslanbəyli qeyd edib ki, bp ilə Azərbaycanın tərəfdaşlığı ölkədə
Britaniya kimliyinin vacib bir hissəsinə çevrilib.