
Bakı. Trend:
London Fond Birjasında Azərbaycan şirkətlərinin sayının artması
ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında mühüm
nailiyyətdir.
Trend xəbər verir
ki, bunu Britaniyanın lordlar palatasının üzvü Aamer Sarfraz ADA
Universitetində keçirilən Birinci Azərbaycan- Britaniya Siyasi
Dialoqunun gedişində bildirib.
“Həmçinin Azərbaycan-Böyük Britaniyanın “finteks qumqabının”
yaradılması məqsədəuyğun olardı. Bu, digər ölkələrlə tətbiq
etdiyimiz analoji model kimi, fintek şirkətlərinin hər iki ölkədə
yeni məhsul və texnologiyaları təhlükəsiz şəkildə sınaqdan keçirə
biləcəyi bir platforma olardı”,- deyə o vurğulayıb.
A.Sarfraz Azərbaycanın unikallığını da xüsusi olaraq qeyd
edib:
“Sizin ölkədə bizim malik olmadığımız bir şey var – suveren
fond. Böyük Britaniyada belə fondlar yoxdur. Hətta britaniya
hökumətinin nümayəndələri şirkətləri Azərbaycana investisiya
qoymağa çağırmaq istəsə belə, onlar yalnız təşviq edə və dəstək
verə bilər, amma məcbur edə bilməz. Bununla belə, Böyük Britaniya
suveren fondlar üçün qlobal mərkəz olaraq qalır: ilk belə fond
burada yaradılıb və hər böyük beynəlxalq fondun ölkədə
nümayəndəliyi var”.

