AFFA azarkeşlərinə görə “Qarabağ”ı cərimələyib

Baş səhifə

Bakı. Trend:

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Trend PFL-ə istinadən xəbər
verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı
qərarlar qəbul edildi:

Misli Premyer Liqası V tur




20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun
“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili
təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat
cərimə edilsin (maddə 99, 94, 57.2);

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində
“Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov
ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın,
“Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə
17.7);

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ”
komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına
kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə
“Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir