Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə qatarlarda biletlərin qiyməti açıqlandı (FOTO)

Baş səhifə

bakı.Trend:

28 sentyabrdan fəaliyyətə başlayacaq Gəncə–Mingəçevir–Ağstafa
marşrutu üzrə qatarlarda biletlərin minimum qiyməti 2,60 AZN,
Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.

Qeyd olunub ki, qatarlarda standart, standart+ biznes və birinci
siniflər üzrə səyahət imkanları təklif olunacaq:

“Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi
veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək
mümkündür.




Həmçinin, sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən
də yararlana biləcəklər”.

Vurğulanıb ki, Mingəçevir şəhər stansiyasının binasında təmir
işləri aparılıb, gözləmə zalı yenilənib.

“Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi
nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir.
İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə
yaxın sərnişin daşınacaq”,- qurumdan əlavə edilib.