Azərbaycan Qran-Prisi ABŞ-də “Formula -1” tarixində rekord tamaşaçı qazandı

Baş səhifə

Formula 1 üzrə Azərbaycan Qran-Prisi ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, Formula-1-in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı demək olar ki, 1,1 milyon tamaşaçı toplayıb. Bu, Azərbaycan Qran-Prisi Amerika televiziya tarixində ən yüksək göstəricisidir.

Qeyd edək ki, 2024-cü ildə bu rəqəm 865 min idi.

Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi 19 – 21 sentyabr tarixlərində baş tutub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir