
Bakı. Trend:
PAŞA Kapital, Azərbaycanda mikromaliyyə sahəsində 25 ildən
artıqdır ki, uğurla fəaliyyət göstərən “FINCA Azerbaijan”-ın 3
milyon AZN həcmində istiqrazlarının yerləşdirilməsini elan
edir.
Ümumi sayı 30 000 ədəd olan istiqrazların əsas
xüsusiyyətləri:
- Nominal dəyər: 100 AZN;
- Gəlirlilik faizi: İllik 15%;
- Faiz ödənişi: Rüblük;
- Tədavül müddəti: 24 ay;
- Növ: Sənədsiz, adlı, faizli, təmin
edilməmiş; - Yerləşdirilmə üsulu: Hərrac
İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi
şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA
Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli
Çağrı Mərkəzinə və yaxud onlayn
ticarət platforması vasitəsilə müraciət edərək, keçiriləcək
hərracda iştirak edə bilərlər.
Qeyd edək ki, “FINCA Azerbaijan” maliyyə inklüzivliyi sahəsində
zəngin təcrübəsi və qlobal şəbəkənin dəstəyi ilə müştərilərinə
maliyyə hədəflərinə çatmaq və daha parlaq gələcək qurmaq üçün
etibarlı alətlər təqdim edir. Şirkət ölkədə kənd sahibkarlarının və
ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirməklə
müştərilərinə vacib mikrokredit məhsulları, xidmətlərini təqdim
edir və onların həyat standartlarını yaxşılaşdırır, maliyyə
sağlamlığını və dayanıqlılığının təmin edilməsinə dəstək
göstərir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.