
Bakı. Trend:
Azərbaycan Dünya Bankının dayanıqlı inkişafa dəstəyə və enerji
səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra layihələrində
iştirak edir.
Trend xəbər verir
ki, bunu Dünya Bankının Ekoloji Uyğunluq üzrə mütəxəsisi Aytən
Poladova Avrasiya Universitetlərinin samitində çıxışı zamanı
deyib.
“Hal-hazırda Azərbaycanda həyata keçirilən layihələrimiz var.
Əsas istiqamətlərdən biri yeni bizneslərin yaradılması üçün
aktivlərin təqdim edilməsidir”,- deyə o qeyd edib.
Poladova vurğulayıb ki, layihələr enerji səmərəliliyinin
artırılması və su resurslarından səmərəli istifadə tədbirlərini
ehtiva edir.
Mütəxəssis həmçinin bildirib ki, Dünya Bankının əksər
standartları bilavasitə iqlim dəyişikliyinə uyğunlaşma və
dayanıqlılıqla a bağlıdır: “Tərəfdaşları cəlb etməklə biz iqlim
dəyişikliyinə uyğunlaşma istiqamətində səmərəli fəaliyyətlərin
həyata keçirilməsini təmin edirik”.