Azərbaycan Naxçıvanda və işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrini genişləndirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan bərpaolunan enerji sahəsində, o cümlədən günəş və
külək elektrik stansiyaları, həmçinin Naxçıvan MR və işğaldan azad
olunmuş ərazilərdə yeni obyektlərin yaradılması üzrə layihələri
fəal şəkildə inkişaf etdirir.

Trend xəbər verir
ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda
keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji
Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025)çıxışı
zamanı deyib.




Onun sözlərinə görə, bərpaolunan enerjinin enerji sisteminə
inteqrasiyasının birinci mərhələsi 2023-cü ildə həyata keçirilib,
ikinci mərhələnin isə cari ilin sonunadək başa çatacağı
gözlənilir.

“Növbəti mərhələdə ümumi gücü təxminən 1 qiqavat olan
layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur – bunun 760 meqavati
günəş, 240 meqavati isə külək enerjisi hesabına olacaq. Günəş
enerjisi üzrə güclərin istifadəyə verilməsi 2026-cı ilə, külək
enerjisi üzrə isə 2027-ci ilə planlaşdırılır.”,-deyə o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir