Xankəndi şəhərində biznes nümayəndələri ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Xankəndi
şəhərində “Business Tex JV” MMC-də biznes nümayəndələri ilə görüş
keçirilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat
verilib.




Bildiirlib ki, görüşdə işğaldan azad edilən ərazilərdə fəaliyyət
göstərən biznes subyektlərinə verilən dövlət dəstəyi, o cümlədən
gömrük güzəştləri barədə məlumat verilib. Həmçinin gömrük
sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes əməkdaşlığının
gücləndirilməsi, sahibkar və vətəndaş məmnunluğunun artırılması
istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.

Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib,
onların sualları cavablandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir