Logistika habları Orta dəhlizin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır

Baş səhifə

Bakı. Trend:

Logistika habları Orta dəhlizin cəlbediciliyini əhəmiyyətli
dərəcədə artırır.

Trend xəbər verir
ki, bunu Abşeron Logistika Mərkəzinin beynəlxalq daşımalar
departamentinin direktoru Nicat Əsgərov Bakıda keçirilən “Xəzər və
Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika”
mövzusunda konfransda çıxışında deyib.

Onun sözlərinə görə, əlavə dəyərli xidmətlərin tamdəyərli
mərkəzləri kimi onlar Orta dəhlizin inkişafına dəstək olurlar.




“Söhbət müasir xidmətlərin kompleks paketindən gedir:
konsolidasiyası, qablaşdırma və yenidən qablaşdırma, markalanma,
dekonsolidasiyası, yüngül istehsal, həmçinin məhsulların birbaşa
regiondakı terminallarda və hablarda saxlanılması imkanı”, – deyə
Nicat Əsgərov bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizdəki hablar təkcə ticarəti
asanlaşdırmır, həm də onu fəal şəkildə formalaşdıraraq regiona daha
çox yükün və tərəfdaşların cəlb edilməsinə şərait yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir