Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib

Baş səhifə

Sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb. Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir