Təhsilin İnkişafı Fondu ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də Azərbaycan Texniki Universitetinin Davamlı
İnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB)
ilə Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu
imzalanıb.

Trend
xəbər verir ki, tədbiri açıq elan edən İdarə Heyətinin sədri Elnur
Nəsibov Fondun təhsil və sahibkarlığın inteqrasiyasına dəstək
vermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətində
olduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəl
tərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyini
vurğulayıb.

Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru
Nurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığının
tələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əmək
bazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeyd
edib.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə Azərbaycan və
Türkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərin
hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin bu
əməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm də
gənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.




Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin
müdiri Rəsul Həşimov Fondun həyata keçirdiyi layihələr haqqında
geniş təqdimatla çıxış edib.

Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “Peerstack
Academy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq və
şəbəkələşmək imkanı yaradıb.

Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıq
təşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları,
təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərin
razılaşdıracağı digər layihələr çərçivəsində həyata
keçirəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir