Metroda yaşıl və qırmızı xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minumuma endiriləcək

Baş səhifə

Bakı.Trend:

Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin
ediləndən sonra qatarlar arasındakı interval minumuma
endiriləcək.

Bunu Trend
açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
deyib.

Onun sözlərinə görə, bunun üçün lazım olan infrastruktur
layihələri həyata keçirilməlidir:




“Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların
inşasına ehtiyac var. Qırmızı xətt üzrə “İçərişəhər” stansiyasının
arxasında, yaşıl xətt üzrə hərəkət edən qatarların dönməsi üçün isə
“Xətai” stansiyasından sonrakı, Bənövşəyi xəttin şərti adı “Y-15”
olan stansiyada dönmə kameraları inşa ediləcək”

Qeyd edilib ki, artıq “İçərişəhər” stansiyası ilə bağlı işlərə
başlanılıb:

“Bu kameralar inşa ediləndən sonra yaşıl və qırmızı xətt üzrə
hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən
minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa
edilib istifadəyə veriləndən sonra qırmızı xətt üzrə hərəkət edən
qatarlar arasında interval iki dəfədən çox azalaraq, 1 dəqiqə 30
saniyəyə endirilə bilər. Qeyd edək ki, hazırda pik saatlarda qeyd
edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil
edir”,-əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir