Nazarbayev Universiteti Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığın inkişafında maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Nazarbayev Universiteti Azərbaycan ali təhsil müəssisələri ilə
tərəfdaşlığı genişləndirmək niyətindədir.

Bunu Trend
Nazarbayev Universitetinin akademik planlaşdırma və büdcə üzrə
prorektorunun müavini Aida Saqintayeva Bakıda keçirilən Avrasiya
universitetləri sammiti çərçivəsində bildirib.

“Biz ADA Universitetini ziyarət etdik və onun inkişafından çox
təsirləndik. Bizim ortaq cəhətlərimiz var – bu, bütün region üçün
aktual olan mövzularda araşdırmaların aparılması, insan kapitalının
inkişafı, mütəxəssis hazırlığı, yeni təhsil proqramları və gənc
istedadların dəstəklənməsidir”, – deyə o bildirib.




Saqintayeva qeyd edib ki, Azərbaycan universitetləri ilə
əməkdaşlıq üç istiqamətdə nəzərdən keçirilir: birgə tədqiqatlar,
tələbə və müəllim mübadiləsi, həmçinin beynəlxalq layihələrdə
iştirak.

“Qazaxıstanlı tələbələr Azərbaycanda təhsil almağa böyük maraq
göstərirlər, onlar buradakı tədris səviyyəsi və elmi tədqiqatlarla
tanış olmaq istəyirlər. Düşünürəm ki, elə azərbaycanlı tələbələr
üçün də bizdə təhsil almaq faydalı olar. Müəllimlər arasında da
təcrübə mübadiləsinin aparılması vacibdir”– deyə o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir