
Bakı.Trend:
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal
həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq
məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq
təkmilləşdirilir.
Bu barədə Trend-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, yeni tətbiq edilən “push” bildirişləri sayəsində
E-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda belə
sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında
xəbərdar olunacaqlar. Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülük
vəsiqəsi, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki
baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil
olunur:
“Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa
çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir.
Bu isə hər birimizə sənədlərimizi vaxtında yeniləməyə, əlavə vaxt
itkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaq
imkanı yaradır.
Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq
müddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraq
özü görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir”.

