Səhiyyə Nazirliyində Azərbaycan-Albaniya əməkdaşlığı müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Albaniyanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüş
keçirilib.

Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur
Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf
etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin
və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini
daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

Teymur Musayev həmçinin, iki ölkə arasında səhiyyə sahəsində
əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu
bildirib. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb
mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və
elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq
potensialının olduğu diqqətə çatdırılıb.




Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da
inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Öz növbəsində Besart Kadia dövlətlərarası əlaqələrin yüksək
səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında dostluq
münasibətlərinin mövcudluğunu qeyd edib.

Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi
sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə
edib.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair
fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir