Azərbaycan enerji səmərəliliyi qanunu ilə enerji auditlərinə hazırlaşır – IFC rəsmisi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın enerji səmərəliliyi haqqında qanunu enerji auditi
tələbini gündəmə gətirir və bu da metodologiyaların öyrənilməsini,
insan resurslarının hazırlanmasını və son istifadəçilər arasında
məlumatlılığın artırılmasını vacib edir.

Trend xəbər
verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı
maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Yaşıl Enerji
Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” adlı tədbirdə
bildirib.




O vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyi qanunu qəbul
edilib və hazırda qanuna əsaslanan digər normativ aktlar və
metodologiyalar hazırlanır: “Artıq minimum enerji səmərəliliyi
göstəriciləri mövcuddur. Həmçinin enerji auditi hökumət tərəfindən
tələb olunacaq. Bu auditi uğurla həyata keçirmək üçün
metodologiyanın yaxşı anlaşılması, kifayət qədər daxili resursların
hazırlanması və son istifadəçilərin minimum enerji səmərəliliyi
göstəricilərinin tətbiqinin faydaları barədə məlumatlandırılması
vacibdir”.

“Beləliklə, Azərbaycan bu tələblərə keçid mərhələsinə çox
yaxındır və artıq bu göstəriciləri qəbul edənlər ilk olaraq bu
sahədə aparıcı rol oynayacaqlar”, – deyə L. Hüseynli qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir