Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı enerji saxlama sistemlərini zəruri elementə çevirir – “Nobel Energy”

Baş səhifə

Bakı. Trend:

Bərpa olunan enerji mənbələrindən gələn enerji sisteminə
yüklənmənin artması şəbəkənin sabitliyini təmin etmək üçün enerji
saxlama sistemlərinin tətbiqini tələb edir.

Trend xəbər verir
ki, bunu “Nobel Energy” şirkətinin bərpaolunan enerji sahəsindəki
layihələr üzrə direktoru Can Aslan Bakıda keçirilən “Azərbaycan –
Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”ndə çıxışında deyib.

Can Aslanın sözlərinə əsasən, enerji sistemində bərbaolunan
enerji mənbələrinin payının artması şəbəkədə əlavə yüklənməyə səbəb
olacaq ki, bu enerji saxlama sistemlərindən istifadəni zəruri
edir.




“Bu gün Avropada şəbəkəyə qoşulma icazələri alınarkən
operatorlar artıq layihə sahiblərini bərpaolunan enerji
mənbələrinin yaratdığı disbalansı kompensasiya etmək üçün enerji
saxlama sistemlərini işə salmağa məcbur edir. İndi bu yanaşma
Azərbaycanda da tətbiq olunur”, – deyə o bildirib.

Can Aslan əlavə edib ki, “Azərenerji” şəbəkənin stabilliyini
artıracaq iri həcmli enerji saxlama sistemi layihəsini həyata
keçirir.

“Enerji saxlama sistemləri yalnız şəbəkənin balansını və
stabilliyini saxlamaq üçün deyil, həm də güc kompensasiyası,
sinxronizasiya və sistemdəki dalğalanmalara operativ reaksiyanın
təmin olunması üçün zəruridir”, – deyə o bildirib.