Azərbaycan və Albaniya arasında əməkdaşlıq gücləndirilir

Baş səhifə

Azərbaycan Səhiyyə Nazirliyində Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

Teymur Musayev həmçinin bildirib ki, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur:

“Ölkələrimizin ali tibb mütəxəssisləri üçün davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi imkanları tamdır. Bundan əlavə, müalicəvi turizm sahəsində əməkdaşlıq potensialı da yüksəkdir”.

Nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Besart Kadia ölkələrarası əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan ilə dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb. Diplomat ölkəsinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparıblar..

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir