AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL
payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə
50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. Əksər marşrutlar
üzrə biletlər artıq satışdadır.

Trend xəbər
verir ki, yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə
yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv
şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər
mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə,
sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və
Təbrizə qədər bir sıra istiqamətlər üzrə səyahət edə bilərlər.

Avropa istiqamətləri olan Paris, London, Vyana, Berlin, Praqa,
Barselona və Milan şəhərləri də cədvəldə yer alır. Bu reyslər
vasitəsilə Bakı Avropaya səyahət edən sərnişinlər üçün əlverişli
tranzit məntəqəsi və marşrut imkanı təqdim edir. Yay istirahətini
və dəniz mövsümünü üstün tutan sərnişinlər üçün isə Antalyaya və
Trabzona reyslər davam edir, Maldiv adalarına və Şarm əl-Şeyxə
uçuşlar isə bərpa olunub.

İstiqamətlərin müxtəlifliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu
Avropa, MDB, Yaxın və Cənub-Şərqi Asiyanı birləşdirən müasir
tranzit qovşağına çevirir. Bakını tranzit keçən sərnişinlər rahat
və sürətli transfer imkanları və əlverişli uçuş cədvəlindən
faydalana bilərlər.




Eyni zamanda AZAL rəqəmsal xidmətlərin təkmilləşdirilməsi
istiqamətində də fəaliyyətini davam etdirir. Sərnişinlər
aviaşirkətin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə
biletlərin onlayn bronunu həyata keçirə, oturacaq seçimi edə,
xüsusi menyunu sifariş verə, xidmət sinfini yüksəldə və baqaj əldə
edə bilərlər. Bu imkanlar səyahəti daha rahat və çevik edir.

AZAL ilə yeni mövsüm müxtəlif istiqamətlər, müasir xidmətlər və
komfortlu səyahət deməkdir.

Bütün istiqamətlər üzrə aviabiletləri aviaşirkətin rəsmi saytı,
mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə
olunmuş agentliklərdən əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir