Elşad İbrahimli yenidən AƏFF-in prezidenti seçilib

Baş səhifə

Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) prezidenti seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, ilk olaraq AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib. Bu etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən

E. İbrahimli növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.

Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir