“Qarabağ” – “Kopenhagen” oyununa bilet satışı zamanı yaranan problem aradan qaldırılıb – Anar Hacıyev

Baş səhifə

Bakı.Trend:

“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinə azarkeşlərimizin
göstərdiyi böyük marağa görə satışın ilk saatlarında həm veb, həm
də mobil tətbiq üzərindən yaranan problem qısa müddət ərzində
aradan qaldırılıb.

Bu fikirləri Trend-ə açıqlamasında “Qarabağ” futbol klubunun
marketinq və komunikasiya departamentinin rəhbəri Anar Hacıyev
deyib.




O bildirib ki, satış zamanı müəyyən sıxlıq yaşanıb. Qısa müddət
ərzində problem aradan qaldırılıb və iTicket.az sistemi tam
funksional şəkildə fəaliyyətini davam etdirib.

“Bildiririk ki, bilet satışı yalnız iTicket.az platforması
üzərindən həyata keçirilir və bütün azarkeşlərimiz eyni qaydada
sistemdən yararlanırlar. Növbə sistemi tətbiq edilərək ədalətli
şəkildə satış prosesi təmin olunub. Azarkeşlərimizin yüksək
marağını yüksək qiymətləndirir və hər birinə dəstəyinə görə
təşəkkür edirik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir