
Bakı.Trend:
Polis Bakıda gecə klubunda soyğunçuluq edən şəxsləri
saxlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, Səbail rayonunda talama cinayəti qeydə alınıb.
Bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə
obyektlərinin birində qonaq qismində olan 2 nəfəri kəsici-deşici
alətlə hədələyərək onların 800 manatını ələ keçirib:
“Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən,
əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı
Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki,
onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq
talama yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib”, –
deyə
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə
cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar
barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

